Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanlı səfir Meksikanın ən nüfuzlu ali təhsil müəssisəsində tələbələrə mühazirə oxuyub

Azərbaycanlı səfir Meksikanın ən nüfuzlu ali təhsil müəssisəsində tələbələrə mühazirə oxuyub


Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov bu ölkənin Quanaxuato ştatının Leon şəhərində yerləşən, ölkəninn ən nüfuzlu və tanınmış ali təhsil müəssisəsi sayılan İberamerikano Universitetinin beynəlxalq əlaqələr fakültəsinin tələbələrinə mühazirə oxuyub.

Bu barədə Newscenter.az-a Meksika səfirliyindən bildirilib.

Qeyd olunub ki, sözügedən təhsil ocağının rəhbər və müəllim heyətinin iştirakı ilə keçirilən görüş zamanı Azərbaycan barədə geniş təqdimatla çıxış edən səfir M.Talıbov tədbir iştirakçılarını müsəlman şərqinin ilk demokratiyası olan ölkəmizin tarixi, ölkəmizin zəngin mədəniyyəti, müstəqilliyinin bərpasının ilk illərində qarşılaşdığı çətinliklər və buna baxmayaraq qısa müddət ərzində keçdiyi uğurlu inkişaf yolu haqqında məlumatlandırıb, həmçinin, regionda həyata keçirilmiş dünya miqyaslı enerji və nəqliyyat layihələri nəticəsində həm region, həm də bütün Avrasiya miqyasında geosiyasi proseslərdə baş verən müsbət dəyişikliklərdən bəhs edib, həmin tarix biçimində Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətinin inkişafında oynadığı müstəsna rolu, eləcə də Ulu Öndərin vizyonu və ideyaları əsasında regionda həyata keçirilmiş dünya miqyaslı enerji və nəqliyyat layihələri barədə danışıb, bu il onun anadan olmasının 100 illik yubileyinin qeyd olunduğunu vurğulayıb.

Tədbirdə həmçinin keçmiş münaqişə və regionun reallıqları, erməni təcavüzünün tarixi, 30 illik işğal dövründə ölkəmizin üzləşdiyi çətinliklər, ikili standartlar, daha sonra 44 günlük müharibə və nəticələri, davam edən sülh prosesi, ölkəmizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, məcburi köçkünlərin qayıdışının təhlükəsiz şəkildə həyata keçirilməsi üçün həyata keçirilən tədbirlər, eləcə də Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən son dövrdə Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbiləri və onun nəticələri, habelə Qarabağın erməni sakinlərinin reinteqrasiyası haqda məlumat verilib.

Bundan əlavə Meksika ilə Azərbaycan arasındakı ikitərəfli əlaqələr, son dövrlərdə həyata keçirilən qarşılıqlı səfərlər, ölkələrimiz arasında mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlıq imkanlarının genişləndirilməsi, eləcə də xarici tələbələr üçün ölkəmizdə mövcud olan təhsil imkanları, təcrübə və təqaüd proqramları barədə məlumat verilib. Ölkəmiz haqqında verilən məlumatlar auditoriyanın geniş marağına səbəb olub, bir çox məsələlərlə bağlı ünvanlanan çoxsaylı suallar cavablandırılıb.

Səfər çərçivəsində yerli KİV nümayəndələrinə müsahibə verilib, həmçinin Universitetin yaradılmasının 45 illik yubileyi ilə əlaqədar xatirə kitabına ürək sözləri yazılıb.

Mehman Mehdiyev
Xəbəri paylaş