Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dəmiryolçu təbiblər səhiyyə sahəsində də öz peşələrini layiqincə yerinə yetirirlər

Dəmiryolçu təbiblər səhiyyə sahəsində də öz peşələrini layiqincə yerinə yetirirlər


Azərbaycan Dəmir Yollarının Həkim-Sanitar Xidmətinin tabeçiliyinə 9 müalicə-profilaktika və 1 fəaliyyəti dayandırılmış xəstəxana, 2 sanitar-epidemioloji müəssisə olmaqla ümumilikdə 12 tibb müəssisəsi daxildir.

Newscenter.az xəbər verir ki, Həkim-Sanitar Xidməti və tabeçiliyində olan müəssisələrdə 01.10.2023-cü il tarixinə 1395 nəfər işçi olmaqla, bunlardan 399 nəfər həkim, 549 nəfər orta tibb işçisi, 193 nəfər kiçik tibb işçisi, 254 nəfər qeyri-tibb işçisi çalışır.

Həkim-Sanitar Xidmətinin müalicə-profilaktika müəssisələri - 5 xəstəxana, 1 fəaliyyəti dayandırılmış xəstəxana, 2 poliklinika, 2 ambulatoriya və 2 sanitar-epidemioloji müəssisədən ibarət olmaqla, strukturunda 22 tibb məntəqəsi fəaliyyət göstərir.

I Qarabağ və 44 günlük II Qarabağ müharibələri zamanı tibbi-sanitar qatarlarında çalışan həkimlər hərbçilərimizin xidmətində olub, onlarla yaralı əsgər və zabitlər bu qatarlarda müayinə, müalicə edilib, təcili əməliyyatlar həyata keçirilib.

R.Mehdiyeva
Xəbəri paylaş