Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Newscenter.az Twrkiy' Prezidentinin Informasiya və Kommunikasiyalar Müdirliyinə istinadən bildirir ki, telefon danışığı zamanı bölgədəki humanitar vəziyyət, sülhün təmin edilməsi istiqamətində görülən işlər və günü-gündən intensivliyi artan İsrail-Fələstin münaqişəsi çərçivəsində atılacaq addımlar müzakirə edilib.
Prezident Ərdoğan görüşdə Qəzzada günahsız mülki vətəndaşlara qarşı insan haqlarının pozulmasının qəbuledilməz olduğunu, Türkiyənin onlara yardım göstərmək üçün səy göstərdiyini, Qərb dövlətlərinin gərginliyin azaldılması üçün addımlar atmalı və səylərdən uzaq durmalı olduğunu söyləyib.
Mehman Mehdiyev