Ərəb Liqasına daxil olan ölkələr Qəzzada baş verən insanlıq dramı ilə əlaqədar olaraq Birləşmiş Millətlər Təşkilatına (BMT) çağırış edib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Liqaya daxil olan ölkələr BMT-nin təcili Yaxın Şərqdə baş verən proseslərə müdaxilə etməsini istəyiblər.
Ərəb Liqasına daxil olan ölkələrin BMT-yə ünvanlanan çağırışında qeyd edilir ki, İsrailin Qəzza əhalisini deportasiya etmək "cinayətinin" qarşısını almaq üçün Birləşmiş Millətlər Təşkilatı təcili toplanmalı və prosesə müdaxilə edərək fələstinlilərin deporatisiyasını durdurmalıdır.
Mehman Mehdiyev