Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransanın Cənubi Qafqaza soxulmaq planları

Fransanın Cənubi Qafqaza soxulmaq planları


"Fransanın Ermənistanı silahlandırmasının, bütün platformalarda anti-Azərbaycan mövqeyi sərgiləyərək Ermənistanı dəstəkləməsinin arxasında Cənubi Qafqaza soxulmaq planları dayanır. Bu məsələdə Ermənistandan sadəcə alət kimi istifadə edən Fransa üçün əslində ermənilərin taleyi belə maraqlı deyil"

Newscenter-az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. Onun sözlərinə görə, Fransa üçün tək maraqlı olan şey özünün maraqlarıdır:

"Odur ki, Fransa Azərbaycan və Ermənstan arasında olan münasibətlərə öz maraqlarını təmin etmək üçün fürsət olaraq baxır".

Politoloq qeyd edib ki, Fransanın Cənubi Qafqaz planları fiaskoya uğradıqca isə daha təhlükəli oyun oynamağa başlayır:

"Fransa çox yaxşı anlayır ki, Cənubi Qafqazda sabitlik regiona daxil olmaq istəyən qüvvələr üçün ən böyük əngələ, maneəyə çevrilə bilər. Odur ki, bütün imkanları ilə sülh prossesinə əngəl törətməkdə davam edir.

Fransa öz maraqlarını təmin etməyə o qədər alüdə olub ki, hətta NATO üzvü olduğunu belə unudub. Ermənistanın hələdə KTMT üzvü olduğunu və Rusiya ilə bir hərbi alyansda təmsil olunduğunu unudan Fransa bu gün Ermənistanı silahlandırmaqla faktiki olaraq başqa bir hərbi alyansın üzv dövlətini silahlandırmış olur ki, bu da NATO-nun özünün prinsiplərinə ziddir. Amma Fransa bunların heç birinə məhəl qoymur. Ermənistanı slahlandırmaqla yeni müharibəyə nail olmaq istəyir. Fransaya görə reginonda sabitliyin olmaması üçün Ermənistanda revanşizmi alovlandırmaq ən doğru yoldur. Çünki belə olacağı halda Rusiyanın erməniləri qoruya bilməməsi bəhanəsi altında regiona daxil olmaq daha asan olacaq".

Yusif Bağırzadə onu da deyib ki, Fransanın təşəbbüsü ilə bir qrup dövlətin 2023-cü il oktyabrın 11-də BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycan əleyhinə birgə bəyanat verməsi də bunun ən bariz nümunəsidir:

"Bəyanatda Azərbaycanın Qarabağ bölgəsindən ermənilərin köçməsinin səbəblərinə dair səslənən böhtan xarakterli əsassız iddiaların arxasında təbii ki, Ermənistanın vəziyyəti yox, Fransanın öz maraqları dayanır. Ermənistan bu oyunda sadəcə “peşkadır” və Makronun oyunlarından ən çox əziyyət çəkən də elə məhz özləri olacaq.
Uzun illər müstəmləkə siyasəti yürüdən və müsətmləkəsi altında saxladığı ölkələrə bəla və iztirabdan başqa bir şey gətirməyən bir dövlətin, bu gün bir-birinin ardınca Afrika ölkələrindən qovulan bir dövlətin, beynəlxalq birlikdə nüfuzdan düşmüş, özünün daxili məsələlərini həll etməkdə belə aciz olan bir dövlətin arxasınca düşüb hərəkət etmək, onun Cənubi Qafqaza soxulmaq planlarına alət olmaq Ermənistanın özünü quyuya doğru itələyir. Ermənistan anlamalıdır ki, növbəti eskalasiya Ermənistanın məhvinin qaçılmaz edəcək".

Anar Əliyev
Xəbəri paylaş