Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, günümüzdə Azərbaycanda da fərqli ideologiyalar mövcuddur. Xüsusilə də bu ideologiyalar xaricdən ölkəmizə sirayət etdiyi üçün bir qədər təhlükəli tendensiya daşıyır.
Newscenter.az-ın xəbərinə görə, siyasi ekspert Çingiz Şahbazi ölkədə mövcud olan fərqli ideologiyalardan danışarkən deyib ki, hər hansı bir ideologiya müəyyən sərhədlər çərçivəsində olmalıdır. Onun sözlərinə görə, aşırı və sərhədsiz ideologiya istər cəmiyyətə, istərsə də ideologiya daşıyıcısına ziyan vurmaqdadır:
"Çünki aşırı dərəcədə müşahidə olunan ideologiya sahibləri, əks tərəfə qarşı dözümsüzlük atmosferi yaradır və məhz bu səbəbdən cəmiyyət iki və yaxud da bir neçə hissəyə bölünür. Bu bütün hallarda belədir. Hər bir təfəkkür sahibinin orta yolda olması onun özünə və cəmiyyətinə daha faydalıdır".
Anar Əliyev