Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsrail Qəzza sərhədi yaxınlığındakı yaşayış məntəqəsinin 60 faizini boşaldıb

İsrail Qəzza sərhədi yaxınlığındakı yaşayış məntəqəsinin 60 faizini boşaldıb


Yaxın Şərqdə gərginlik davam edir. HƏMAS-ın hərbi qanadının 7 oktyabr terror hücumundan sonra İsrailin Qəzza bölgəsinə həyata keçirdiyi hərbi əməliyyata cavab olaraq fələstinlilərin atacağı addımlardan ehtiyat edən Təl-Əviv bir sıra qabaqlayıcı tədbirlər həyata keçirib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, İsrail ilk növbədə Qəzza bölgəsinə yaxın ərazilərin təxliyəsinə start verib. Məlumata görə, İsrail Qəzza sərhədindən bir neçə kilometr aralıda yerləşən Sderot yəhudi qəsəbəsində əhalinin 60 faizini şəhərdən təxliyə edib. Şəhər sakinləri ölkənin mərkəzindəki otellərə köçürülüb. Yalnız 13 minə yaxın insan qalıb ki, onların da qısa müddətdə təxliyə ediləcəyi gözlənilir.

Təxminən 31 min əhalisi olan sərhəd şəhəri Sderotun əhalisinin təxliyə edilməsi ilə bağlı şəhər meri Alon Davidi İsrail hökumətinə müraciət etmişdi.

Mehman Mehdiyev
Xəbəri paylaş