Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsrail səfirliyinin əməkdaşı bıçaqlandı

İsrail səfirliyinin əməkdaşı bıçaqlandı


İsrailin Çində fəaliyyət göstərən səfirliyinin əməkdaşı bıçaqlanıb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, bu gün Pekin səfirliyində çalışan işçiyə bıçaqla hücum edilib.

Açıqlamada Çinin paytaxtı Pekində səfirlik şəhərciyinin qarşısında səfirlik əməkdaşının bıçaqlandığı və xəstəxanaya yerləşdirildiyi qeyd edilib. Hücumun səbəbi açıqlanmasa da, yaralıların vəziyyətinin yaxşı olduğu və müalicələrinin davam etdiyi bildirilib. Sosial mediada paylaşılan görüntülərdə ağ paltarlı təcavüzkarın yerə yıxılan şəxsi dəfələrlə bıçaqladığı görünür.

Çin rəsmiləri hələlik məsələ ilə bağlı açıqlama verməyiblər. Hücum edənin kimliyi və milliyyəti də məlum deyil.

Mehman Mehdiyev
Xəbəri paylaş