Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qətərdan Qəzzaya 1 milyon dollarlıq dəstək

Qətərdan Qəzzaya 1 milyon dollarlıq dəstək


Qəzza zonasında yaşanan humanitar fəlakəti aradan qaldırmaq mıqsədilə Qətər Qızıl Aypara Cəmiyyəti 1 milyon dollar ayırıb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə açıqlama verən Qətər Qızıl Aypara Cəmiyyəti yardıma əsasən tibb vasitələri, ərzaq və içəcəklərin daxil olduğunu bildirib.

Qeyd edək ki, HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma başlayıb. Qəzzadan həyata keçirilən hücumlarda 1300 israilli həyatını itirib, 3300 nəfər isə yaralanıb. HƏMAS-ın hücumuna cavab olaraq isə İsrail Qəzzaya qarşı genişmiqyaslı hücum həyatta keçirib. İsrailin hücumları zamanı Qəzzada 500-ü uşaq, 276-sı qadın olmaqla 1537 nəfər həyatını itirib, 6612 nəfərin isə yaralanıb.


Anar TAGİYEV
Xəbəri paylaş