Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Quru ərik ixracından 290 milyon dollar gəlir əldə edilib

Quru ərik ixracından 290 milyon dollar gəlir əldə edilib


Türkiyə car ilin 9 ayı ərzində quru ərik ixracından 290 milyon dollar gəlir əldə edib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu müddət ərzində ölkə ərazisindən 50 min 777 ton quru ərik ixrac edilib. İxrac edilən quru əriyin böyük bir qismi Malatyanın payına düşüb.

Malatya Ticarət Birjasının sədri Ramazan Özcan, Kahramanmaraş mərkəzli zəlzələlərin mənfi təsirlərinə baxmayaraq, ixracatçıların quru ərik ixracatını davam etdirmək üçün səy göstərdiklərini deyib.

Özcan ərik ixracatında zaman-zaman azalma müşahidə olunsa da, Avropa və Amerikaya, son dövrlərdə isə Braziliya və Hindistana ixracın sürət qazandığını və sentyabr ayında ixracın digər aylara nisbətən artdığını bildirib.

Natiq Orucov
Xəbəri paylaş