Texas qubernatoru şəhərdə olan miqrantları çıxarmaq qərarına gəlib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, qubernatorun əmri ilə 51840 immiqrantı avtobuslarla ABŞ-ın digər şəhərlərinə göndərilib.
Texas qubernatoru Greq Abbott bildirib ki, 2022-ci ilin aprelindən etibarən bu günə qədər immiqrantlardan 18 min 500-nün Nyu Yorka, 13 min 500-nün Çikaqoya, 12 min 500-nün Vaşinqtona göndərilib. Yerdə qalanların isə digər şəhərlərə göndərilməsi təmin olunub.
Qubernator onu da deyib ki, əyalət polisi və təhlükəsizlik qüvvələri artıq xarici ölkələrdən qeyri-qanuni yolla ştata daxil olacaq şəxsləri həbs edəcəklər.
Anar TAGİYEV