Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə limanlarından təqribən 392 milyon ton yük daşınıb

Türkiyə limanlarından təqribən 392 milyon ton yük daşınıb


Cari ilin 9 ayı ərzində Türkiyə limanlarından təqribən 392 milyon ton yük daşınıb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin Dənizçilik Baş İdarəsi belə bir açıqlama ilə çıxış edib.

Məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında Türkiyə limanlarında daşınan yük və konteynerlərin miqdarı aydan-ay dəyişib. Belə ki, yanvarda 43 milyon 915 min 78 ton, fevralda 37 milyon 990 min 544 ton, martda 43 milyon 357 min 617 ton, apreldə 44 milyon 172 min 388 ton, may ayında 46 milyon 190 min 320 ton, 45 İyun ayında milyon 282 min 114 ton, iyulda 44 milyon 158 min 553 ton, avqustda 44 milyon 275 min 760 ton, sentyabrda isə 42 milyon 459 min 19 ton yük daşınması qeydə alınıb.

Ən çox yüklərin daşınması Kocaelidə qeydə alınıb. Ümumiilikdə isə, 9 ayda ən çox yük daşımalarının Kocaeli, Əliağa və İskenderun limanlarından edildiyi müəyyən edilib.

Natiq Orucov
Xəbəri paylaş