Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə terrora hazırlaşan PKK-çı qadın saxlanıldı

Türkiyədə terrora hazırlaşan PKK-çı qadın saxlanıldı


Türkiyədə terror aktına hazırlaşan qadın saxlanılıb.

Newscenter.az trthaber-istinadən bildirir ki, hadisə Türkiyənin Siirt vilayətində qeydə alınıb.

Belə ki, Siirtə aksiya keçirmək üçün gələn PKK terrorçusu kəşfiyyatın uğurlu fəaliyyəti nəticəsində yaxalanıb. Kəşfiyyat və Terrorla Mübarizə Şöbəsi qrupları qadın terrorçu B. Beritanın terror aktına hazırlaşdığı müəyyən edib.

2014-cü ildə terror təşkilatına qoşulan və barəsində axtarış qərarı çıxarılan terrorçunun Mersində polis bölməsi və Daxili İşlər Nazirliyinin qarşısındakı hücumda iştirakçı olduğu vurğulanır.

Anar TAGİYEV
Xəbəri paylaş