Türkiyədə toyuq əti istehsalı artıb.
Newscenter.az Türkiyənin Statistika Təşkilatına istinadən bildirir ki, təkcə avqust ayında Türkiyədə 20360 ton toyuq əti istehsal edilib. Bu isə aylıq 4,2 faiz artım deməkdir.
Toyuq yumurtası istehsalında da artıqm qeydə alınıb. Belə ki, avqust ayında aylıq yumurta istehsalı 4,6, keçən ilin eyni ayına görə isə 4,5 artıb. Bu dövrdə 1 milyard 759 milyon 864 min ədəd toyuq yumurtası istehsal olunub.
Türkiyə Statistika Təşkilatının məlumatında ölkədə hinduşka istehsalının da artdığı bildirilir.
Mehman Mehdiyev