Azərbaycandan xarici ölkələrə ali təhsil almağa gedən gənclərimiz bir sıra vacib nüanslara diqqət etməlidirlər.
Newscenter.az xəbər verir ki, bu fikirləri Azərbaycan Orta Doğu Texnik Üniversitetli (ÖDTÜ) Tələbələr və Məzunlar Dərnəyinin sədri Azər Haqverdiyev səsləndirib. İctimai birlik sədri hesab edir ki, istər Türkiyə olsun, istərsə də bir başqa ölkə, gənclərimiz gedəcəkləri yer barədə əlaqəli qurumlardan bilgi almalıdırlar.
Azər Haqverdiyev vurğulayıb ki, “Dostum belə deyirdi” məsələsi nəticə etibarilə ciddi problemlər yaradır:
"Biz bunun üçün veb səhifəmizdə məlumatlar yazmışıq, və vatsappda da paylaşımlar edirik. Amma yenə də görürük ki, başqalarının sözüylə hərəkət edilir".
Təşkilat sədri övladı xaricə ali təhsil almağa gedən valideynlərə də öz tövsiyəsini edib:
"İkinci tövsiyəm ailələrədir ki, övladınız artıq yeni həyata atılır, ona şans tanımaq, artıq fərdiyyət kimi imkan vermək lazımdır. Bizim ailələrimiz uşaqların üstündə çox əsirlər, səhv etməsini istəmirlər. Halbuki insanları inkişaf etdirən səhvləri üzündən çəkdikləri çətinliklərdir".
Sona