Hazırda dünyanın 110 ölkəsində yaşayan 6,1 milyard insanın 1,1 milyardı yoxsulluqla mübarizə aparır.
Newscenter.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) bu barədə hesabat yayıb.
Hesabatda qeyd edilir ki, yoxsuluqla mübarizə aparan ölkələrin yarısı Afrikada yerləşir. Belə ki, dünyadakı hər 6 yoxsul insandan 5-nin Afrika və ya Cənubi Asiyada yaşadığı qeyd eidlir.
Dünya Bankının məlumatına görə isə, Cənubi Asiya iqtisadiyyatının 2023-cü ildə 5,8 faiz artacağı gözlənilir ki, bu da sözügedən region üzrə yoxsulluğun nisbətən azalacağına kömək göstərəcək.
Mehman Mehdiyev