Dünya bazarlarında əksər ərzaq məhsullarının qiymətində artım qeydə alındığı halda, Günəbaxan yağının qiymətində azalma baş verib.
Newscenter.az Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinə istinadən bildirir ki, 2022-ci ilin oktyabr ayından günəbaxan yağının qiymətində başlayan azalma trendi 2023-cü ilin iyul ayında artımla əvəz olunsa da, sentyabr ayında yenidən 1 tonunun qiyməti əvvəlki aya nisbətən 9.6% azalaraq 895 ABŞ dolları səviyyəsinə
enib.
Keçən ilin eyni dövründə isə Günəbaxan yağının 1 tonunun qiyməti 1305 dollar təşkil edib.
Anar TAGİYEV