Türkiyədə mənzil satışında azalma qeydə alınıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Türkiyə Statistika Təşkilatı belə bir açıqlama verib. Bildirilib ki, sentyabr ayında əvvəlki aya nisbətən mənzil satışı 9,5 azalaraq 102656-ya çatıb.
Cari ilin 9 ayında da mənzil satışında azalma qeydə alınıb. Məlumata görə, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 9 ayında mənzil satışı 14,9 azalaraq 900 min 74-ə çatıb.
Sentyabr ayında mənzil satışlarında ən öndə gələn İstanbul olub. Burada 15 min 247 mənzil satılıb. İstanbuldan sonrakı yeri isə paytaxt Ankara tutub.
Anar TAGİYEV