Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Naxçıvan məktəblərində "Heydər Əliyev İli" ilə bağlı idman tədbirləri keçiriləcək

Naxçıvan məktəblərində "Heydər Əliyev İli" ilə bağlı idman tədbirləri keçiriləcək


Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumtəhsil məktəblərində "Heydər Əliyev İli" ilə bağlı müxtəlif növ idman yarışları təşkil olunacaq.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Muxtar Respublikanın Gənclər və İdman Nazirliyinin Aparat rəhbəri İlhamə Nəzərova verib.

Nazirlik rəsmisi qeyd edib ki, Sədəırək rayonunda "Heydər Əliyev İli" ilə əlaqədar ümumtəhsil məktəblərin şagirdləri arasında şahmat üzrə, rayonun Heydərabad qəsəbəsində atletikanın qaçış növü üzrə, eləcə də ümumtəhsil məktəblərin şagirdləri arasında futbol üzrə rayon birinciliyi keçiriləcək.

Qeyd edək ki, anoloji tədbirlər Naxçıvan Muxtar Respublikanın Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhəri və Muxtar Respublikanın digər rayonlarında da keçiriləcək.

Anar Əliyev
Xəbəri paylaş