Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarabağ problemində Avropa Şurası əksər hallarda ikili standartlardan çıxış edb

Qarabağ problemində Avropa Şurası əksər hallarda ikili standartlardan çıxış edb


"Avropa Şurası qitə ölkələrinin siyasi, hüquqi və insan hüquqları məsələlərində əməkdaşlıq etmək məqsədilə yaradılan bir təşkilat olsa da, Azərbaycan aspektindən adını çəkdiyimiz qurumun bir çox hallarda ölkəmizlə bağlı qərəzli mövqeyinin şahidi oluruq. Xüsusilə Azərbaycan-Ermənistan münasibətləri və dövlətlərarası münaqişə kimi tarixə qovuşan Qarabağ problemində Avropa Şurası əksər hallarda ikili standartlardan çıxış etmişdir və çox təəssüf ki, antiazərbaycan əhval ruhiyyəsi bu gündə davam etməkdədir".

Newscenter.az xəbər verir ki, bu fikirləri səsləndirən AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə deyib ki, bunun bir sıra səbəbləri var:

"Ən əsası erməni lobbisinin qurumda təmsil olunan bir çox siyasiləri müxtəlif vasitələrlə ələ alması və prosesə əksər hallarda xristian həmrəyliyi prizmasından yanaşılmasıdır. İndi isə Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Dunya Miyatoviçin oktyabrın 16- 23 aralığında Ermənistan və Azərbaycana səfəri gözlənilir və yekunda regionda insan hüquqları ilə bağlı məruzə hazırlayacağı nəzərdə tutulur. Təbii ki, Miyatoviçin bundan öncə ölkəmizlə əlaqəli səsləndiyi fikirlərə baxarsaq onun Ermənistanın və erməniliyin dostu olduğunu deməyə əsas yaranır. Çünki məlum şəxs hər daim öz məruzələrində əsasız şəkildə Azərbaycanı insan haqları, media azadlığı barasində ittiham edib, bilərəkdən yerdəki reallıqları görməzdən gəlib. Dunya Miyatoviçin həm keçmiş münaqişə zamanı yüz minlərlə soydaşımızın acınacaqlı humanitar vəziyyətinə, insan haqlarına, həm də 2020-ci il müharibə zamanı və müharibədən sonra Ermənistan tərəfindən Azərbaycana qarşı humanitar huquq pozuntularına diqqət yetirməməsi fonunda, Qarabağda yaşayan və oradan könüllü şəkildə çıxan erməni sakinlərin hüquqları ilə bağlı bəyanatlar səsləndirməsi hüquq müdafiəçisinin qərəzli mövqeyinin göstəricisidir".

AVP rəsmisi deyib ki, 44 günlük Vətən Müharibəsi zamanı rəsmi İrəvanın beynəlxalq hüququn tələblərini kobud şəkildə pozaraq münaqişə zonasından kənar şəhərləri atəşə tutması ilə nəticələnən hərbi cinayətlərini görməzdən gəlməsi, mina faktoru səbəbindən həyatını itirmiş onlarla mülki və hərbi qulluqçuların, bununla əlaqədər məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasında yaranmış maneələri göz ardı etməsi bilinən faktdır:

"İndiki məqamda bizə səfərin yekununda ali qonağın proseslərə obyektiv yanaşmsını gözləmək qalır. Lakin bu da o qədər inandırıcı görünmür".

Anar Əliyev
Xəbəri paylaş