Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya buğdasının ixrac qiyməti aşağı düşüb

Rusiya buğdasının ixrac qiyməti aşağı düşüb


Rusiya-Ukrayna müharibəsi fonunda birincinin Avropa və Qərbdən sanksiyalarla üzləşməsi Rusiya istehsalı olan mal və məhsullarının qiymətinin aşağı düşməsinə səbəb olub.

Newscenter.az Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinə istinadən bildirir ki, Rusiya buğdasının ixrac qiymətində qeyri-müəyyənlik müşahidə olunur. Mərkəzdən bildirilib ki, car ilin sentyabr ayında buğdanın qiyməti
əvvəlki aya nisbətən 3.1 faiz azalaraq 242 ABŞ dolları/ton təşkil edib.

Keçən ilin müvafuq dövründə isə Rusiya buğdasının qiyməti 320 dollar olub Məlumata görə, cari ildə Rusiya buğdasının qiymətində ən yüksək göstərici yanvar və fevral aylarında qeydə alınıb. Belə ki, qeyd edilən aylarda buğdanın qiyməti müvafiq olaraq 307-304 dollar arasında dəyişib.

Anar TAGİYEV
Xəbəri paylaş