Türkiyədə 852 qeyri-qanuni mühacir saxlanılıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, son bir həftədə Yunanıstan və Bolqarıstana getməyə çalışan 852 qeyri-qanuni mühacir Ədirnədə yaxalanıb. Qeeyri-qanuni mühacirlərin sərhədi keçməsinə şərait yaradan 22 nəfər isə həbs olunub.
Ümumilikdə, qeyri-qanuni mühacirlərin sərhədi keçməsinə 39 nəfər təşkilatçılıq etsə də, dindirilmə zamanə onlardan 17 nəfərinin işi araşdırılmağa göndərilib. 22 nəfər barədə isə məhkəmə həbs qərarı çıxarıb.
Anar TAGİYEV