Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

15 oktyabr-Azərbaycan Dövləti Günü

15 oktyabr-Azərbaycan Dövləti Günü


Azərbaycan daha bir tarix yazdı, daha bir tarixi qələbəyə imza atdı. Xankəndidə Azərbaycan bayrağı ucaldıldı. Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bu tarixi Azərbaycan torpağında bayrağımızı ucaltmaqla ərazi bütövlüyümüzün tam bərpa edildiyi mesajını verdi.

Newscenter.az-ın xəbərinə görə, həmin tarixi gün barədə danışan siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki Vaqif Abdullayev deyib ki, Azərbaycn xalqı və dövləti bu günlərdə tarixinin ən qürurulu anlarını yaşayır. Onun sözlərinə görə, biz dövlət müstəqilliyimizin bərpasının 22 illiyi ilə yanaşı, Azərbaycan 200 ildə itirdiyi ərazilərinin bütövlüyünün bərpasının şanlı günlərinə şahidlik edirik:

"Cənab İlham Əliyev 20 il əvvəl Ulu öndər Heydər Əliyevdən dövlətçilik estafetini qəbul edərək Azərbaycanın bir nömrəli amalı, ideyası olan ərazi bütövlüyünün bərpası üçün çalışdı. O, 20 il ərzində təkcə Ermənistanın işağlçı ordusuna qarşı deyil, həm də xarici havadarlarına, tarixi ədaləti təmin etməyən beynəlxalq təşkilatlara və böyük bir siyasi orduya qarşı döyüşdü".

Vaqif Abdullayev qeyd edib ki, İlham Əliyev 20 ilin hər gününü, hər saatını torpaqlarımızın azad edilməsinə həsr etdi və bu, müqəddəs məqsədinə çatdı:

"44 günlük Vətən müharibəsində parlaq Qələbə qazanaraq erməni işğalına və 1 milyon insanın vətən həsrətinə son qoydu, sentyabr ayında antiterror əməliyyatları ilə legitim suverenliyimizi təmin etdi. Oktyabrın 15-də Xocalıda, Xankəndidə Azərbaycan Bayrağını ucaltmaqla Azərbaycanın ərazi bütövlüyünün bərpasını rəsmiləşdirdi. Onun Xankəndiyə Bayraq sancmasının məhz bu günə təsadüf etməsi böyük siyasi rəmzi məna daşıyır. Cənab İlham Əliyev məhz həmin gün Zəfərə gedən müqəddəs Yola ayaq basmışdı. Əgər O, 2003-cü il oktyabrın 15-də Prezident seçkilərində seçicilərin 76 faizinin etimadını qazanmışdısa, 20 il sonra Xalqın 100 faiz Etimad və Məhəbbətini qazandı".

Vaqif Abdullayev bildirib ki, bu gün Azərbaycan Respublikasının Qanunları və siyasi legitim hakimiyyət idarəçiliyi bütün ölkə ərazisində tətbiq olunur:

"Azərbaycan Konstitusiyası vahid Ana qanun kimi 86,6 min kv.km-lik ərazimizin hər bir inzibati dairəsində qüvvədədir. Qəhrəman Milli Ordumuz, Polisimiz suverenliyimizin bütün coğrafi nöqtələrinə nəzarət edir. Hesab edirəm ki, 15 oktyabr Azərbaycan Dövləti Günü kimi qeyd olunmalıdır".

Anar Əliyev
Xəbəri paylaş