Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

9 ayda respublikada elektrik enerjisi istehsalı 28,2 mln. kVt·st artıb

9 ayda respublikada elektrik enerjisi istehsalı 28,2 mln. kVt·st artıb


2023-cü ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, 9 ayda respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,2 mln. kVt·st, yəni 0,13 % artaraq 21 538,6 mln. kVt·st olub.

9 ay ərzində elektrik enerjisi istehsalı İES-lərdə 19 854,5 mln. kVt·st, SES-lərdə 1 417,1 mln. kVt·st, digər mənbələr üzrə isə 267,0 mln. kVt·st təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 44,6 mln. kVt·st, günəş elektrik stansiyalarında 53,2 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 169,2 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

Newscenter.az xəbər verir ki, hesabat dövründə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 19 404,6 mln. kVt·st (İES-lərdə 18 078,3 mln. kVt·st, SES-lərdə 1 326,3 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 368,2 mln. kVt·st (İES-lərdə 240,0 mln. kVt·st, SES-lərdə 79,5 mln. kVt·st, Günəş ES-də 48,7 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 34,4 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 1 731,4 mln. kVt·st təşkil edib.

2023-cü ilin yanvar-sentyabr ayları üzrə elektrik enerjisinin ixracı 1 841,8 mln. kVt·st, idxalı isə 179,6 mln. kVt·st olub.

Qeyd edək ki, 2023-cü ilin sentyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 293,4 mln. kVt·st olub. Bu ayda elektrik enerjisinin idxalı 10,3 mln. kVt·st, ixrac isə 313,4 mln. kVt·st təşkil edib.

R.Mehdiyeva
Xəbəri paylaş