Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa Şurası emissarlarının regiona gəlməsindən müsbət nəticə gözləmək sadəlövhlükdür

Avropa Şurası emissarlarının regiona gəlməsindən müsbət nəticə gözləmək sadəlövhlükdür


"Avropa Şurası emissarlarının regiona gəlməsindən Azərbaycan üçün hansısa müsbət nəticə gözləmək sadəlövhlük olardı. Əgər bu səfərin məqsədi insan hüquqlarının qorunması məqsədi daşıyırsa, onda bu səfər 30 il əvvəl olmalı idi. Azərbaycan ərazisindən erməni terrorçularının dinc əhalini öz torpaqlarından qovması, Xocalı və bu kimi digər faciələr törədilən zamanı".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Dunya Myatoviçin Cənubi Qafqaza səfərini şərh edərkən səsləndirib.

Politoloq deyib ki, həmin illərdə bu şuradan xəbər yox idi:

"Onlar onda kor və kar idilər. İndi isə region yadlarına düşüb. Azərbaycanın idarəçiliyini bəyənməyib, öz xoşları ilə çıxıb gedən və gedərkən də heç bir etdikləri vəhşiliklərə adekvat hərəkət görmədikləri halda".

Politoloq deyib ki, Azərbaycana qarşı qərəzli mövqe hər zaman olub, yenə də var:

"Amma buna baxmayaraq Azərbaycan öz torpaqlarını azad edib, onun sahibi olduğunu bütün dünyaya sübut edib. Bundan sonrakı dövrdə Avropa Şurasından, BMT-dən olmur, planetlərarası təşkilatdan nümayəndə gəlsə belə, Azərbaycan istədiyindən geri durmayacaq. Azərbaycan torpaqlarını azad edəndə Dunya Myatoviçdən tutmuş Baranessa Koksa, Kardaşyana kimi bir çoxları Azərbaycanla bağlı qərəzli mövqe sərgiləyirdilər. Azərbaycan üçün bunların hamısı eyni kateqoriya insanlardır. Kimin gəlməsindən asılı olmayaraq gələcəkləri varsa, görəcəkləri də vardır. İstəyir bir-bir gəlsinlər, istəyirlərsə sürü ilə".

Anar Əliyev
Xəbəri paylaş