Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dəmir yolunda növbəti qəza, “Mitsubişi” markalı avtomobil qatar yoiluna çıxdı

Dəmir yolunda növbəti qəza, “Mitsubişi” markalı avtomobil qatar yoiluna çıxdı


Bu gün saat 08:25 radələrində ADY-yə məxsus teplovoz Zaqatala-Balakən mənzilində hərəkətdə olan zaman dövlət qeydiyyat nişanı 22-BB-012 olan “Mitsubişi” markalı pikap maşını dəmiryol keçidində qəflətən qatarın yoluna çıxıb.

Newscenter.az "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən bildirir ki, toqquşma nəticəsində xəsarət alan olmayıb, teplovozun müəyyən hissələri zədələnib, dəmiryol infrastrukturuna ziyan dəyib.

ADY nəqliyyat vasitələri sürücülərini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırır.
Xatırladaq ki, dəmiryol keçidlərindən keçmə qaydalarının pozulması, nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə görə sürücülər 100 AZN məbləğində cərimə ediləcək.

Ruhiyyə Mehdiyeva
Xəbəri paylaş