Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dənizdə dalğanın hündürlüyü 4,2 metrə çatıb - FAKTİKİ HAVA

Dənizdə dalğanın hündürlüyü 4,2  metrə çatıb - FAKTİKİ HAVA


Oktyabrın 17-si saat 15:00-a olan məlumatına əsasən, ölkə ərazisində küləkli, qeyri-sabit hava şəraiti davam edir.

Bu barədə Newscenter.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd edilib ki, Sabirabad, Cəfərxan, Biləsuvarda arabir yağış yağıb.

Şimal-qərb küləyinin maksimal sürəti arabir Naftalanda 28 m/s, Altıağac, Ağstafada 22 m/s, Şabran, Bərdə, Gəncədə 20 m/s, Tərtər, Ceyrançöldə 18 m/s, Yevlaxda 17 m/s, Naxçıvanda 16 m/s, Bakıda və Abşeron yarımadasında isə 30-34 m/s-dək güclənib.

Neft Daşları stansiyasının verdiyi məlumata əsasən dalğanın hündürlüyü 4,2 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 18 dərəcəyədək isti, Naxçıvan MR-da 21 dərəcəyədək isti, Aran rayonlarında 25 dərəcəyədək isti, dağlıq rayonlarda 5-10 dərəcə isti olub.

Sona
Xəbəri paylaş