"Dunya Myatoviç uzun illərdir ki, Avropa Şurasının insan hüquqları üzrə komissarı vəzifəsində çalışır. Əgər bu illər ərzində Myatoviç torpaqlarımızın işğal olunmasına, ərazi bütövlüyümüzün pozulmasına, ermənilərin təcavüzkar siyasətinə, dəhşətli Xocalı soyqırımına, milyona yaxın azərbaycanlının öz Vətənində evlərindən qovulmasına, milyona yaxın qaçqın və məcburi köçkün vətəndaşımızın hüquqlarının ermənilər və havadarları tərəfindən kobudcasına tapdanmasına bircə dəfə də olsun səsini çıxarmayıbsa, Gəncə, Bərdə, Mingəçevir, Tərtər, Ağcabədivə digər şəhər və kəndlərimizdə mülki insanların raket atəşinə tutulmasına münasibət bildirməyibsə demək ki, onun gəlişindən və hazırlayacağı hesabatdan obyektivlik gözləməyə dəyməz".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. Onun sğözlərinə görə, Myatoviçin son bəyanatlarına baxdıqda görürük ki, o faktiki olaraq Qarabağ ermənilərinin hüquqlarının müdafiəçisi qismində çıxış edir:
"Könüllü və dinc şəkildə ərazilərimizi tərk edən ermənilərin zorla qovulduğunu iddia edən bir adamdan və Avropa Şurası kimi ölkəmizə qərəzli mövqe sərgiləyən bir qurumun nümayəndəsindən obyektivlik gözləmək sadəcə sadəlövlük olar".
Anar Əliyev