Bakıda 60 yaşlı Rusiya vətəndaşı olan azərbaycanlı itkin düşüb.
Newscenter-az bildirir ki, "Report"un əldə etdiyi məlumata görə, 1963-cü il təvəllüdlü, Rusiya Federasiyası vətəndaşı, ruhi əsəb xəstəsi olan Ədalət Rzayev oktyabrın 14-də yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., M.Cəlal küçəsi, 127 E, mənzil 72 ünvanından çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı Binəqədi RPİ-in 7-ci PB-də araşdırma aparılır.