Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Separatizm və işğalçılıq siyasəti nəticəsində ərazilərini itirən ölkələr Azərbaycanın qələbəsini alqışlayırlar

Separatizm və işğalçılıq siyasəti nəticəsində ərazilərini itirən ölkələr Azərbaycanın qələbəsini alqışlayırlar


"Azərbaycan prezidenti İlham Əliyev Oktyabrın 15-də Xankəndi şəhərinə Azərbaycan bayrağını sancdı və verdiyi sözü yerinə yetirdi. Böyük hadisədir. Azərbaycan separatçı Ermənistanın və havadarlarının bu 35-ildə əldə etdiklərinin hamısını süpürüb tarixin zibilliyinə atdı. Buna uzun illərin məşəqqətli mübarizəsi və tökülən qanlar bahasına nail olduq. Nəhayət ki, bu mübarizə istər masada, istərsə də savaş meydanında olsun öz nəticəsini verdi və Azərbaycan ərazi bütövlüyünü bərpa etdi".

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. Onun sözlərinə görə, bu hadisə sözsüz ki, dünyada birmənalı olaraq qarşılanmayıb:

"Separatizm və işğalçılıq siyasəti nəticəsində ərazilərini itirən ölkələr Azərbaycanın bu qələbəsini alqışlayırlar. Çünki Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi, onlar üçün də ümid və inamı artırır. Bununla yanaşı paralel olaraq bahanələr və uydurmalar danışanlar da olacaq və təzyiq üsullarına cəhdlər də ola bilər. Amma, bütün bunlar səmərəsizdir və Azərbaycanın suverenliyini və ərazi bütövlüyünün pozulmasına səbəb ola bilməz".

Çingiz Şahbazi deyib ki, Azərbaycan bundan sonra daha da inkişaf edəcək:

"Bu istər hərbi, istərsə də siyasi baxımdan olsun, məhz bu bizim ölkəmizin gücünə bağlıdır. İnanmaq lazımdır ki, bu qədər çətin bir dövrü keçməyi bacaran Azərbaycan bundan sonra da bütün sahələrdə istər daxildə, istərsə də beynəlxalq platformalarda ciddi irəliləyişlər əldə edəcəkdir".

Anar Əliyev
Xəbəri paylaş