Türkiyədə qarşıdakı 5 il ərzində 500 min sosial mənzil inşa ediləcək.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə Toplu Konut İnşaatı (TOKİ) məlumat verib. Bildirilib ki, inşaat işləri 12-ci İnkişaf Planı çərçivəsində 2024-cü ildən 2028-ci ilin sonuna qədər aşağı və orta gəlirli insanlar üçün həyata keçiriləcək.
Bildirilib ki, İnkişaf Planı çərçivəsində əsas məqsəd sağlam və təhlükəsiz həyatın təmin olunması, fəlakət təhlükəsi və risk altında olan ərazilərin, habelə bu ərazilərdən kənarda yerləşən riskli strukturların transformasiyası üçün təcrübələrin yaradılması və yayılmasıdır.
Natiq Orucov