Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aİ Komissiyasının sədri: "Xəstəxananı vurmağın heç bir bəhanəsi yoxdur"

Aİ Komissiyasının sədri: "Xəstəxananı vurmağın heç bir bəhanəsi yoxdur"


Avropa İttifaqının Komissiyasının sədri Ursula von der Leyen Qəzzada xəstəxana binasının vurulmasını pisləyən bəyanat verib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Ursula von der Leyen mülki vətəndaşların müalicə aldığı xəstəxanaya raket zərbəsi endirilməsinə diqqət çəkərək "Xəstəxananı vurmağın heç bir bəhanəsi yoxdur”, deyə-vurğulayıb.

Aİ Komissiyasının sədri daha sonra bunları qeyd edib:

"Dünən Qəzzada yüzlərlə yaralının sığındığı xəstəxana cəhənnəmə çevrildi. Əl-Ehli Baptist Xəstəxanasındakı görüntülər dəhşətli və kədərlidir. Bütün faktlar üzə çıxarılmalı və günahkarlar məsuliyyətə cəlb edilməlidir”.

Avropa Parlamentinin Baş Assambleyasında İsrail-Fələstin münaqişəsi ilə bağlı keçirilən sessiyada çıxış edən Ursula von der Leyen tərəfləri qısa müddətdə atəşkəs əldə etməyə, problemin danışıqlar yolu ilə həllinə çağırış edib.

Mehman Mehdiyev
Xəbəri paylaş