Birləşmiş Ştatların Türkiyənin Adana şəhərində yerləşən Konsulluğu daşa basılıb.
Newscenter.az "Hsber Global"-a istinadən bildirir ki, İsrailin Qəzzada xəstəxana binasını vurması xəbərini eşidər-eşitməz konsulluq binası qarşısına toplaşan bir qrup şəxs Amerika və İsrail əleyhinə şüarlar səsləndirib. binanı daşa basıb. Aksiya zamanı Qəzzada həyatını itirənlər üçün dualar edilib.
Polis aksiya iştirakçılarını ərazidən uzaqlaşdırmaq və diplomatik nümayəndəlik binasının təhlükəsizliyini təmin etmək üçün əraziyə əlavə qüvvə cəlb edib. Aksiya iştirakçıları ilə qarşıdurma zamanı bir polis məmuru yaralanıb. Çevik qüvvələr rezin güllə və bibər qazı ilə qəzəbli kütləni ərazidən uzaqlaşdırıb.
Mehman Mehdiyev