Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Baş prokuroru Çində səfərdədir

Azərbaycan Baş prokuroru Çində səfərdədir


Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının Milli Nəzarət Komissiyasının təşkilatçılığı ilə keçirilən Şəffaf İpək Yolu Forumunda iştirak etmək məqsədilə Pekin şəhərinə işgüzar səfərə gedib.

Newscenter.az xəbər verir ki, ilk əvvəl nümayəndə heyəti Azərbaycanın Pekindəki səfirliyində Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib, dahi rəhbərin əziz xatirəsi yad ediblər.

Daha sonra nümayəndə heyəti 30-dan çox ölkənin korrupsiyaya qarşı mübarizə qurumlarının, nüfuzlu beynəlxalq təşkilatların və şirkətlərin rəhbərlərinin iştirak etdiyi Tematik Forumun işində iştirak edib. Çinin Milli təftiş Komissiyasının sədri Liu Jinguo Forum iştirakçılarını salamlayaraq tədbirin əhəmiyyətini vurğulayıb.

Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkəmizdə korrupsiyaya qarşı mübarizənin 5 əsas sütun - hüquqi baza, şəffaflıq biznes iqlimi, səmərəli ədalət mühakiməsi, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə qurumları və beynəlxalq əməkdaşlıq fəlsəfəsinə uyğun olaraq mərhələli şəkildə həyata keçirildiyi, bu prosesin bugün də qətiyyət və uğurla davam etdirildiyi barədə danışıb.

Baş prokuror ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün bərpa olunduğunu, otuzillik işğal dövründə Ermənistan tərəfindən Azərbaycanın Qarabağ bölgəsində iqtisadi və sosial infrastrukturun tamamilə dağıdıldığını qeyd edib. Bugün həmin ərazilərdə ölkə rəhbərliyinin diqqət və qayğısı ilə yenidənqurma işlərinin uğurla aparıldığı vurğulanaraq bu sahədə iqtisadi fəaliyyətin şəffaf və sağlam mühitə əsaslandığı qeyd edilib.

Səfər çərçivəsində Baş prokuror Çin, Özbəkistan, Malayziya, Pakistan, Qazaxıstan, Belarus, Argentina, Kamboca, Misir və sair ölkələrdən olan həmkarları ilə görüşlər keçirib, qarşılıqlı maraq doğuran, xüsusilə antikorrupsiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Baş Prokurorluğun nümayəndə heyətinin Çinə işgüzar səfəri davam edir.

Mehman Mehdiyev
Xəbəri paylaş