Türkiyə milli valyutası olan lirə həftənin əvvəlindən etibarən yenidən dollar və evro qarşısında dəyər itirməyə başlayıb.
Newscenter.az Türkiyə Mərkəzi Bankına istinadən bildirir ki, səhər saatlarında 27,97 TL-dən başlayan dolların məzənnəsi, bir neçə saat sonra 28 TL-ni keçərək rekord qırıb. Evronun qiyməti isə 29,61 TL-dən başlayıb.
İqtisadçılar hesab edirlər ki, lirənin dollar və evro qarşısında dəyər itirməsini şərtləndirən başlıca amillərdən biri də İsrail-HƏMAS qarşıdurmasıdır.
Anar TAGİYEV