Mehdiabad-Pirşağı yolunda yük avtomobili ilə minik avtomobili toqquşub, bir nəfər ölüb.
Newscenter-az xəbər verir ki, Rasim Məmmədovun idarə etdiyi "Mercedes" markalı betonqarışdıran yük avtomobili Rəşad Qurbanlının idarǝ etdiyi BMW markalı minik avtomobili ilə toqquşub. Nəticədə yük avtomobili aşaraq yol kənarındakı avtobus dayanacağına çırpılıb. Zərbənin təsirindən dayanacaq aşıb və orada dayanan piyada, 1970-ci il təvəllüdlü Balaca Məmmədovanın üzərinə aşıb. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanmaqla istintaq aparılır.(report)