“Müharibə başa çatanadək fələstinlilər Qəzza zolağından İsrailin Neqev səhrasına köçürülə bilər”.
Newscenter.az bildirir ki, report “Ynet"ə istinadən xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi Qahirədə Almaniya kansleri Olaf Şoltsla görüşündə bildirib.
Onun sözlərinə görə, fələstinliləri məcburi köçkün hala gətirmək mümkün olmayacaq: “Biz Fələstin məsələsinin aradan qaldırılmasına imkan verməyəcəyik”. O qeyd edib ki, Qəzza zolağında baş verənlər HƏMAS-a qarşı hərbi əməliyyat deyil, fələstinlilərin Misirə qaçması üçün təkandır.
Almaniya kansleri Olaf Şolts isə bildirib ki, rəsmi Berlin Fələstin məsələsində Misirin vasitəçilik səylərini dəstəkləyəcək: “Biz birlikdə müharibənin dəhşətli nəticələrini yumşaltmaq üçün hərəkətə keçmək istəyirik”.
Qeyd edək ki, İordaniya və Misir Qəzza zolağından olan qaçqınları qəbul etməyəcəklərini açıqlayıblar.