"İsrailin xəstəxanaya hücumu faciə, dəhşətli hadisə və fəlakətdir".
Newscenter.az trthaber-ə istinadən xəbər verir ki, bu fikirləri Rusiya prezidenti Vladimir Putin Qəzzada mülki vətəndaşların müalicə aldığı xəstəxana binasına raket zərbəsinin endirilməsinə münasibət bildirərkən səsləndirib. Kreml rəhbəri deyib ki, Yaxın Şərqdə yaranmış gərginliyin aradan qaldırılmasının yeganə yolu atəşkəsin qısa müddətdə əldə edilib danışıqlara başlamaqdır.
Kreml rəhbəri onu da deyib ki, müstəqil Fələstin dövlətinin qurulması davamlı sülh üçün şərait yaradacaq.
Anar TAGİYEV