Türkiyə 2028-ci ilə qədər ölkədə infilyasiyanı 4,7 faizə endirməyi hədəfləyib.
Newscenter.az xəbər verir ki, bu Türkiyənin 12-ci İnkişaf Planında öz əksini tapıb. İnkişaf Planında illik orta artımın 5 faiz olması hədəflənərkən, adambaşına düşən gəlirin 17 min 554 dollara, alıcılıq baxımından isə adambaşına milli gəlirin 58 min dolları keçməsi hədəflənir. İnkişaf Planda 5 faizlik inflyasiya hədəfinə nail olmaq üçün Mərkəzi Bankın bundan sonra da bütün imkanlardan qətiyyətlə istifadə edəcəyi vurğulanıb.
Məlumat üçün qeyd edək ki, 2023-cü ilin sonuna qədər isə Türkiyədə inflyasiyanın 65 faiz olacağı təxmin edilir.
Natiq Orucov