Türkiyədə növbəti dəfə avtobus qəzası baş verib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Tekirdağın Şarköy rayonunda qeydə alınıb. Sərnişin avtobusunun idarəetmədən çıxaraq aşması nəticəsində 14 nəfər xəsarət alıb.
Qəzada yaralanan sürücü Y.K. və mikroavtobusda olan 13 nəfər təcili yardımla Şarköy Dövlət Xəstəxanasına aparılıb. Yaralıların səhhətinin yaxşı olduğu bildirilib.
Polis baş vermiş hadisə ilə əlaqədar araşdırma aparır.
Anar TAGİYEV