Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Belçikada Barış Mançoya abidə ucaldılacaq

Belçikada Barış Mançoya abidə ucaldılacaq


Belçikada məşhur müğənni, bəstəkar və televiziya aparıcısı mərhum Barış Mançonun xatirəsinə abidə ucaldılacaq.

Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, bu barədə məlumatı mərhum müğənninin oğlu Doğukan Manço verib.

Abidənin Belçikanın Liege şəhərində ucaldılacağı açıqlanıb. Bu məqsədlə mərhum sənətçinin övladları Doğukan Manço və Batıkan Manço Belçikaya gedərək səlahiyyətlilərlə görüşüb.

Qeyd edək ki, mərhum müğənni Barış Manço təkcə Türkiyədə deyil, eləcə də dünyada sevilən sənətçilərdən idi.

Sona
Xəbəri paylaş