Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Böyük İsrail" ideologiyası

"Böyük İsrail" ideologiyası


Yəhudilər haqqında məlumatı olan, sionizmin mahiyyətini bilən "hər şey böyük İsrail dövləti üçün" ifadəsini də azdan-çoxdan bilmiş olmalıdır.

Yəhudi etnik qrupu ən qədim entoslardandır. Onların əksəriyyəti Tövratla(yəhudilərin səmavi kitabı) bərabər Kabala adlandırdıqları ezoterik bir düşüncə tərəfdarıdırlar. Bu düşüncə tərəfdarlarına görə Beni-İsrail, yəni İsrail oğulları Həvva ilə Şeytandan gələnlərdir. Onlar hz. Adəmi ilk insan kimi qəbul etmir, ilk yəhudi kimi Qabili görürlər. Qabil və Habil də Adəm və Həvvanın övladları idi. Qabil nəfsi üçün Habili qətl etmişdir.

Bu ezoterik yanaşmada yəhudi kəsimi özlərini ən üstün irq, qalan insanları(dili, dini, irqi fərq etməz) isə onlara xidməti edən "Qoyim" kimi görürlər.

Yəhudilərə görə müqəddəs torpaqlar, vəd edilmiş torpaqlar, Kənan torpaqları məhz Fələtin ərazisidir. Qüds onlar üçün hökmranlıq mərkəzidir. Bu amillərə görə, İsrail dövlətini Almaniyada, Rusiyada, Amerikada, indiki Türkiyə ərazisində, Körfəzdə, Afrikada qurmadılar.

Yəhudi milləti dünyanın ən ağıllı qövmüdür. Tarixən güclü dövlətləri-Britaniyanı, Almaniyanı, Amerikanı öz maraqları üçün istifadə etdilər. Təbii ki, buna səbəb böyük maliyyə "baba"ları olduqları avantajı idi.

II. Böyük İsrail dedikdə təkcə Qüds və ətrafını nəzərdə tutmurlar. Onlara görə bu Böyük İsrail dünyanın hər bir yerinə bir kök salan, hər yerə qolu çata bilən ümumi bir anlayışdır. Amma əsas mərkəz Fələstindir. Bu dövlətin təməlləri XIX əsrin sonlarında atılacaqdı, amma bir şəxs orataya çıxdı və bunlara maneə oldu. Həmin şəxs 113-cü İslam xəlifəsi Sultan II Əbdüləmid idi. Bu günkü İsrail dövlətinin atası olaraq Teoder Herzli görürlər. Herz anlamışdı ki, Osmanlı yıxılmasa, İsrail qurula bilməz. Osmanlının yıxılması üçün isə Əbdülhəmidin yıxılması lazımdır. Bunun üçün isə "Gənc Türklər" proyekti cızıldı, Mustafa Kamala rol verildi və sair. Nəhayət, bacardılar.

III. Bu günkü Amerika əslində sionistlərin idarəsindədir. Daha doğrusu sionist milyarder ailələrin.
Müharibə ən yaxşı gəlir sahəsidir. İndi bu müharibədə hər iki tərəfə iri həcmdə silah satılacaq. Kimlər qazanacaq? Düz deyirsiniz, silah tüccarları qazanacaq!

Xəritə masanın üzərinə qoyulur və proyekt cızılır. İlk öncə xəritə üzərində, yəni pərdəarxasında plan qurulur sonra oflayn şəkildə icra edilir.

Plan: İsrail Həmasa boşluq buraxılmış düşüncəsi yeridəcək. Yəni guya Mossadın xəbəri yoxdur və Həmas ani hücumlar edib. Bu plan tutan kimi, İsrail artıq bunu əlində bayraq edəcək və dünyaya hücuma məruz qalan tərəf imici yayacaq. Məntiqi ardıcıllıqla cavab vermək hüququnu özündə cəm etdiyi üçün əvvəlcədən qurulmuş ssenarinin icrasına başlanılacaq.

Maraqlı sual ortaya çıxır? Həmas bir o qədər axmaqdır ki, sonunun məhv olacağını bilə-bilə hücum edir.

Əlbəttə ki, elə deyil. Burnunun ucunda olan Həmasın, Hizbullahın atdığı hər addımdan xəbərdardır İsrail tərəfi. Bu bədbəxtlər bilmirlər ki, "lider"lərinin sağ qoluna, sol qoluna kimi Mossad ajanlarıdır. Bilmirlər ki, Fələstin lideri Mahmud Abbas belə Mossadın, CİA'nın tanıdığıdır, onun proyektidir. Yoxsa plana maneə olmasın deyə ilk öncə onu aradan götürərdilər. Bəs Hizbullah? O bir az fərqli amildir. Bölgədə İranin ən sağlam qoludur. Quru əməliyyatında, partizan əməliyyatında Taliban qədər təcrübəyə malik professional adamlardır. İsrail bu amilləri nəzərə alaraq Livana quru əməliyyatı edə bilmir.

Planın ana hədəfi nə idi bəs?

Sizə xəritədə qələmlə bütöv bir bölgəni xətləmişəm. Bir hissə Türkiyə sərhədlərinə, bir hissə, İran sərhədlərinə, bir hissə Misir sərhədlərinə uzanır. Böyük İsrailin məkan olaraq ilkləri bunlardır. Bura Livan da, Suriya da, İraq da, İordaniya da daxildir. Əgər bunları bacarsa, sonra İranla bir-başa quru sərhədlər yaranır. Bir tərəfdən Azərbaycan, digər tərəfdən İraq üzərindən İranla müharibə etmək daha avantajlı deyilmi!?

Bu xəritə reallaşdıqdan sonra bölgənin sahibi də, petrolun sahibi də, İsrail və Amerika olmurmu!? Buna can atmağa dəyməzmi, bunum uğrunda qətliamlar törətməyə dəyməzmi(onların düşüncəsi ilə)!?
Səudiyyə nefti zadən Amerikanın təsiri altındadır.

Amma bir problem daha var. Türkiyə problemi. Bildiyiniz kimi, Türkiyə ilə Liviya arasında dəniz anlaşması var. Bu anlaşma İsrailin Avropaya nəqliyyatını bağlayır. Yəni İsrail Livanı da, Suriyanı da, Qəzzanı da ələ keçirsə, yenə də Avropaya Aralıq dənizi üzərindən gedə bilmir. Gərək Türkiyə razılıq verə.

Bəs deyəcəksiniz ki, İran da Amerikanın əlaltısıdır, üzdən düşmən kimi göründüklərinə baxmayın.

Bu heç də elə deyil. İranlıların bir radikal şiə inancı var, xüsusilə onlarda olan "Kərbala", İmam Hüseyn düşüncəsi İsrail üçün bir təhlükə səbəbidir. Bunu belə izah edim. Məsələn, tutaq ki, İbrahim Rəisi Amerika casusudur. Müəyyən məqsədlər üçün, müəyyən yollarla hakimiyyətə gətirilib. Bu amil şiə kəsimini İmam Hüseyn düşüncəsindən, "kafirlərə ölüm" şüarından vaz keçirə bilməz!

İsrail bu xəritəni(cızdığım nəzərdə tutulur) reallaşdıra biləcəkmi? Qarşısında tək maneə Hizbullah və Suriya ola bilər. İordaniyanın elə gücü yox tab gətirə, Suriya isə paramparçadır zatən. Amma Kreml Əsədi asan qurban verməz. Əminəm ki, planın ikinci, üçüncü hissəsi var. Yəni onlar üçün də ayrı bir gedişatlar düşünülüb.

Mənbə: "Siyasi Arena" kitabı və müəllifin subyektiv təhlili!

Elman Vəliyev-konfiliktoloq
Xəbəri paylaş