Bu il müxtəlif ölkələrdən olan 106 ərizəçinin (ailə üzvləri ilə birlikdə 163 nəfər) qaçqın statusu verilməsi haqqında vəsatəti Dövlət Miqrasiya Xidmətində (DMX) qeydə alınıb.
Newscenter.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq DMX-dən bildirilib.
Qeyd olunub ki, "Qaçqın" statusu verilməsi barədə vəsatətlə müraciət edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılır və müvafiq qərarlar qəbul edilir.