Respublikanın əksər bölgələrində, şəhər və rayonlarında olduğu kimi Göyçayda da 18 oktyabr-Müstəqilliyin Bərpası Günü ilə bağlı silsilə tədbirlər keçirilib.
Newscenter.az xəbər verir ki, belə tədbirlərdən biri Azərbaycan Güləş Federasiyası, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, eləcə də Azərbaycan Güləş Federasiyasının təşkilatçılığı ilə baş tutub. Belə ki, Göyçay şəhərində məşqçi müəllimlərin və hakimlərin iştirakı ilə seminar baş tutub.
Seminar iştirakçıları Göyçay Bayraq muzeyinə ekskursiya ediblər. Ekskursiya zamanı Göyçay Bayraq Muzeyinin rəhbəri Fatimə Mövsüm qonaqlara ətraflı məlumat verib. Sonda xatirə fotoları çəkilib.
Mehman Mehdiyev