Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hüquq-mühafizə sistemi müstəqil dövlətin ən mühüm təsisatlarından biridir

Hüquq-mühafizə sistemi müstəqil dövlətin ən mühüm təsisatlarından biridir


Bir dövlətdə sabitliyin, ictimai asayişin bərqərar olması üçün həmin dövlətin hüquq-mühafizə orqanlarının güclü və çevik olması ən vacib şərtlərdən biridir. Yalnız bu halda dövləti gözləyən təhlükələr, təhdidləri aradan qaldırmaq mümkündür. Sevindirici haldır ki, bu sahədə Azərbaycanda vəziyyət cəmiyyətimizi, insanlarımızı qane edəcək səviyyədədir. Məhz bunun göstəricisidir ki, müxtəlif zamanlarda Azərbaycanda sabitliyi, ictimai asayişi pozmaq cəhdlərinin qarşısı ölkənin hüquq-mühafizə orqanları tərəfindən qətiyyətlə alınır. Elə hüquqşünas Əli İbrahimov da bu qənaətdədir.

Newscenter-az-ın xəbərinə görə, o deyib ki, hüquq-mühafizə sistemi müstəqil dövlətin ən mühüm təsisatlarından biridir. Əli İbrahimovun sözlərinə görə, dövlətin mühafizəsi, vətəndaşların hüquq və azadlıqlarının təminatı, hüquqi cəmiyyət quruculuğu məsələləri bu sistemin inkişafı ilə birbaşa bağlıdır:

"Dövlət yalnız mükəmməl hüquqa əsaslananda güclü olur, vətəndaş yalnız demokratik və ədalətli hüquqlarla əhatə olunanda azad olur. Azərbaycanın dövlətçilik tarixində bu ənənələr daim əsas götürülmüşdür. Tarixən mövcud olan klassik cəmiyyətlərdən tutmuş müasir demokratik cəmiyyətlərə qədər olan bütün dövrlərdə mövcud dəyərlər həmişə həmin dövrə müvafiq olan hüquqla tənzimlənib. Hüquq-mühafizə sistemində Ədliyyə Nazirliyi Penitensiar xidmətin rolu isə həmişə xüsusi əhəmiyyət kəsb edib".

Hüquqşünas onu da vurğulayıb ki, hər bir peşənin bir-birindən fərqli xüsusiyyətləri, üstünlükləri və çətinlikləri var:

"Bu peşələrin içində Penitensiar Xidmətin əməkdaşlarının xidməti çətinliyi və məsuliyyəti ilə seçilir. İnsan neçə gün yuxusuz qala bilər, neçə həftə istirahətsiz işləyə bilər? Amma ədliyyə işçisi bu yuxusuz gecələri və istirahətsiz həftələri xidməti vəzifə öhdəliyi hesab edir, xalqa və qanuna məsuliyyətlə xidmət edir"

Anar Əliyev
Xəbəri paylaş