Ermənistanın Azərbaycan üçün yaratdığı dəhşətli və faciəli problemlərdən biri də mina və partlamamış hərbi sursatlardır. Ərazilərimizin işğalı dövründə demək olar ki, hər bir şəhəri, rayonu, kənd və qəsəbəni, hətta küçələri belə minalamış erməni canilərinin bu vandallığının əziyyətini günümüzdə də çəkirik. Demək olar ki, hər gün işğaldan azad edilən ərazilərdə mina partlayışı xəbəri eşitməkdəyik.
Ərazilərimizin işğaldan azad edilməsindən sonra Ərazilərin Minalardan Təmizlənməsi Agentliyi (ANAMA), eləcə də digər müvafiq qurumıar bu istiqamətdə çalışsalar da, lalkin problem kifayət qədər geniş ərazini əhatə etdiyindən mina təhləkısi hələ də qalır. Elə Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictmai birliyinin sədri Hafiz Səfixanov da deyir ki, kifayət qədər ərazilərimiz minalardan təmizlənsə də, ancaq hələ də mina təhlükəsi qalmaqdadır.
Newscenter.az-ın xəbərinə görə, Hafiz Səfixanov deyib ki, son 22 ayda, yəni 2020-ci il, noyabr ayının 10-dan 2023-cü il, sentyabrın 1-nə qədər olan dövrdə 99 868 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib:
"Nəticədə 29 690 personal əleyhinə mina, 17 350 tank əleyhinə mina və 47 968 UXO aşkar edilərək zərərsizləşdirilib".
Anar Əliyev