Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İndi şəhər və kəndərimiz sıfırdan qurulur

İndi şəhər və kəndərimiz sıfırdan qurulur


"Görülən işlərin miqyası, həyata keçirilən layihələr həqiqətən də böyük zəhmət və maliyyə tələb edir. Çünki ərazilərimizin işğal altında olduğu dövrlərdə bütün ərazilər xarabalığa çevrilmiş, tək bir yaşayış binası belə salamat qalmamışdır. Yollar dağıdılmış, infrastruktur məhv edilmişdi. Başqa sözlə desək indi şəhər və kəndərimiz həqiqətən də sıfırdan qurulur".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Füzuli rayonuna səfəri və burada bir sıra infrastruktur obyektlərinin təməlqoyma mərasimində iştirakını şərh edərkən səsləndirib. Politoloq qeyd edib ki, erməni işğalı zamanında dağıdılan, xarabalığa çevrilən Füzuli bu gün yenidən qurulur:

"Elə cənab Prezident də rayonun ictimaiyyət nümayəndələri ilə görüşündə bu məsələyə toxunaraq Füzulinin timsalında erməni vəhşiliyinin nədən ibarət olduğunu bütün dünyanın gördüyünü bildirdi və erməni vandalizminin səviyyəsini, Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasətini faktlarla təqdim etdi".

Anar Əliyev
Xəbəri paylaş