İsrail-Fələstin mövzusu Birləşmiş Ştatların Dövlət Departamentində istefaya səbəb olub.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, ABŞ Dövlət Departamentinin şöbə müdiri Coş Paul vəzifəsindən istefa verib. Paul artıq ABŞ administrasiyasının İsrailyönlü mövqeyini dəstəkləyə bilməyəcəyini ifadə edərək istefa ərizəsi yazıb.
Paul 11 illik səlahiyyət müddətində mənəvi güzəştlərə getdiyini, lakin “İsrailə öldürücü silahların verilməsinin” onun hüdudlarını aşdığını bildirib. O qeyd edib ki, biz həm işğal əleyhinə ola, həm də işğalı dəstəkləyə bilmərik. Keçmiş şöbə müdiri İsrailin ABŞ-ın dəstəyi ilə yürütdüyü siyasətin həm israillilərə, həm də fələstinlilərə böyük ziyan vurduğunu bildirib.
Anar TAGİYEV