Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyan Qərbin qurbanına çevrilir

Paşinyan Qərbin qurbanına çevrilir



Ermənistan rəhbərliyi yenə təhlükəli oyunlara girişib. Ölkəsini Rusiyadan qoparmağa çalışan baş nazir Nikol Paşinyan sürətlə Qərbə inteqrasiya xəttini tutub. Elə qarşı tərəf də erməni baş nazirin bu gedişindən məmnun görünür. Paşinyanın gedişinin yalnış olduğunu bildiyi halda.
Belə ki, Ermənistan rəhbərliyinin Qərbə meyillənməsi, hətta bəzən NATO-ya üzvlük kimi sayıqlamalar etməsi Kreml tərəfindən normal qarşılanmır. Paşinyanın düşünülməmiş, naşı siyasəti regionda mümkün Rusiya-Qərb qarşıdurmasına yol açmaqla bərabər, eyni zamanda onun hakimiyyəti üçün də ciddi problemlər yaradır. Daha dəqiq desək Qərbə inteqrasiya Paşinyana Mixail Saakaşvili və Volodimir Zelenski aqibəti yaşada bilər. Görünür Ermənistan rəhbərliyi hələlik bunun fərqində deyil. Elə siyasi ekspert Çingiz Şahbazi də bu qənaətdədir.

Newscenter-az-ın xəbərinə görə, ekspert bildirib ki, Pasinyan , Saakaşvili və Zelinskidən sonra Qərbin növbəti qurbanına çevrilir:

"Bu həmçinin Ermənistan üçün son dərəcə təhlükəli görünür. Çünki Pasinyanın davranışları böyük siyasi güclərin geosiyasi elementləri çərçivəsində sabit görünmür. Məhz bu səbəbdən istər Rusiya, istərsə də Qərb Ermənistandan istifadə etməklə öz təsir mexanizmlərini tətbiq etməyə çalışırlar".

Çingiz Şahbazi qeyd edib ki, Paşinyanın sülh müqaviləsini imzalamağa hazır olduğunu bildirməsi onun Qərb dairələri yanında özünü sülhsevər demokrat kimi göstərməyə çalışmasından irəli gəlir:

"Həmçinin, Pasinyan üçün artıq Azərbaycan ilə hansısa məsələ o qədər də maraqlı görünmür. O daha çox daxili çəkişmələri və öz hakimiyyətini qorumaq üçün çalışır. Bu səbəbdən, Paşinyanın demokratikləşmə prosesi üzərində daha çox aktivlik göstərməsi onun strategiyası hesab oluna bilər. Əslində demokratikləşmə özü ilə, buna hazır olmayan cəmiyyətlərdə, hakimiyyəti itirmək riski də daşıyır:.

Ekspert deyib ki, Paşinyan hakimiyyəti Azərbaycan qarşısında məğlubiyyəti erməni xalqına yaşadan hökumətdir:

"Bununla belə daxildə daha çox möhkəmlənməyi də bacardı. Bu onu göstərir ki, erməni xalqı hər şeyə rəğmən, ölkənin digər siyasi qüvvələri arasında nisbətən daha çox demokratik görünən Paşinyanı dəstəkləyir və Rusiya hələ ki, bu tilsimi qıra bilmir. Paşinyan tilsimini Rusiya qıra bilməsə belə, bir gün bunu Qərbin qırmayacağı qarantisi də yoxdur. Çünki bunun nümunəsinin biri də sabiq Gürcüstan prezidenti Mixail Saakaşvilinin timsalında gördük və Qərb dairələrinin onun tez bir zamanda üzərindən xətt çəkməsinin şahidi olduq. Qərbin yaxın keçmişdə dəstəklədiyi və artıq indi dəstəkləmək istəmədiyi Ukrayna prezidenti Zelinski də zaman-zaman Qərbin ikiüzlülük siyasətindən öz narazılığını dilə gətirdi və Qərbin bu davranışları Ukrayna prezidentinə onların girovuna çevrdiyini və artıq gec olduğunu da anlatdı. Pasinyan, onun hakimiyyətinin ayaq üstə qalması və davam etməsi üçün, edilən dəstəyin də sözsüz ki, bir gün əvəzini qaytarmaq lazım gələcəyini başa düşür və belə bir borcun hələ Rusiyaya ödənməməsini nəzərə alsaq, Ermənistan və Azərbaycan arasında yekun sülh müqaviləsinin bağlanması yaxın gələcəkdə mümkün görünmür".

Anar Əliyev
Xəbəri paylaş