2023-cü ilin sentyabr ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 607 min barrel olub. Newscenter.az-a Energetika Nazirliyindən bildirilib ki, bunun 491 min barrelini xam neft, 116 min barrelini kondensat təşkil edib.
Qeyd edək ki, “OPEC plus” əməkdaşlığı çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min barreldir.
Ruhiyyə Mehdiyeva